Putinlə Ərdoğan telefonla danışıb

Putinlə Ərdoğan telefonla danışıb
  14 May 2019    Oxunub:2823
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. Bildirilib ki, prezidentlər Suriyadakı vəziyyəti, həmçinin İdlib bölgəsində atəşkəsin tez-tez pozulması hallarını müzakirə ediblər.

Bundan başqa, Putin və Ərdoğan söhbət zamanı ikitərəfli münasibətlərə dair gündəlikdə duran aktual məsələlər və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: Putin   Ərdoğan  





Xəbər lenti