Rəsmi Bakı Avropa ölkələrinə çağırış etdi

Rəsmi Bakı Avropa ölkələrinə çağırış etdi
  13 May 2019    Oxunub:1796
Öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və trans-regional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olmuşdur. Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm Aİ ilə ikitərəfli gündəlikdə, həm də ŞT çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" Xarici İşlər nazirlərinin mayın 13-də Brüsseldə keçirilən görüşündə deyib. Nazir vurğulayıb ki, nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər:

"Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir. Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür.

Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumınıyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq.

E. Məmmədyarov əlavə edib ki, rəsmi Bakı enerji sahəsində biz Cənub Qaz Dəhlizinin (CQD) həyata keçirilməsi vasitəsilə starteji tərəfdaşlığını davam etdirir: " Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılmışdır. Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir. Biz həmçinin, Qaz Dəhlizimizin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük. Lakin daha çox öngörülə bilən şərait Aİ-yə Azərbaycandan olan daha böyük həcmdə təbii qazı cəlb edə bilər. Elə buna görə də, Dəhlizin növbəti mərhələlərdə inkişafı üçün Aİ tərəfindən öngörülə bilən qaydaların təmin edilməsi çox vacibdir. Bu fürsətdən istifadə edərək, Qaz Dəhlizinin Azərbaycan və Aİ-nin birgə uğuruna çevrilməsi məqsədilə bəzi Avropa paytaxtlarından olan həmkarlarımızı əlindən gələni əsirgəməməyə çağırmaq istərdim.

Hərəkətlilik (mobillik) və insanlararası təmasların təşviqi Aİ-Azərbaycan əməkdaşlığında çox mühüm istiqamətlərdən biridir. Hərəkətlilik sahəsində tərəfdaşlıq, habelə Readmissiya və Viza rejiminin sadələşdirilməsi sazişləri bu istiqamət üzrə irəliləyişə müstəsna töhfə vermişdirlər. Azərbaycan tərəfi bu sənədlərin tam həcmdə və səmərəli şəkildə yerinə yetirilməsinə sadiqdir. Readmissiya və Viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin uğurlu yerinə yetirilməsi yaxın gələcəkdə viza liberallaşdırılmasının perspektivlərini aça bilər".

Azvision.az




Teqlər: XİN    





Xəbər lenti