4 piyada yol qəzasının qurbanı oldu

4 piyada yol qəzasının qurbanı oldu
  13 May 2019    Oxunub:2629
Mayın 12-də saat 19 radələrində Nərimanov rayonunun Z.Bunyadov prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Nazim Əhmədov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “NAZ-Lifan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Əliyev saxlanılıb.

Mayın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Təzəkənd kənd sakini Mədətxan Məmmədov idarə etdiyi “VAZ-2105” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Adəm Əmirovu vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Həmin gün saat 3 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Gəncə şəhər sakini T.Niyazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rafael Nəbizadəni vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Eyni zamanda Xətai rayonunun X.Rüstəmov küçəsində Bakı şəhər sakini H.Muxtarov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər dörd faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti