Narkotikə görə 4 nəfər tutuldu

  13 May 2019    Oxunub : 651
Narkotikə görə 4 nəfər tutuldu
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan V.Mədətovdan narkotik vasitə olan heroin götürülüb. Polis əməkdaşları tərəfindən onun həmyerlisi Ə.Hüseynovla birgə kultivasiya yolu ilə 3 ədəd çətənə kolu yetişdirməsi müəyyən edilmişdir. Görülən tədbirlərlə Ə.Hüseynov da saxlanılıb.

​Həmçinin V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 153 dədəd çətənə kolu aşkar edilərək götürülüb. ​

Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində Sabirabad şəhər sakini, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş X.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 105 qrama yaxın heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik