Birinci gündən medal

Birinci gündən medal
  23 Noyabr 2013    Oxunub:1421
Abu-Dabidəki Qran-Pri yarışlarının birinci günündə cüdoçularımız 1 gümüş və 1 bürünc medal qazanıblar.
AzVision.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Abu- Dabi şəhərində keçirilən Qran-Pri yarışlarının ilk günü Azərbaycanın cüdo üzrə milli yığma komandası 1-i gümüş və 1-i bürünc olmaqla iki medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, 66 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Nicat Şıxalizadə Sloveniya, Britaniya və İspaniya təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Mixael Pulyayevlə qarşılaşmış və gümüş medal qazandı. 60 kiloqram çəkidə Orxan Səfərov isə tatamidə Əlcəzair, Braziliya və Almaniya təmsilçilərinə qalib gələrək bürünc medala sahib olub.

Abu-Dabi Qran-Prisində 35 ölkədən 236 cüdoçu mübarizə aparır. Millimiz hazırda komanda hesabında 7-ci yerdədir.


Teqlər:





Xəbər lenti