“Eurovision - 2019” başladı

“Eurovision - 2019” başladı
  13 May 2019    Oxunub:3303
İsrailin paytaxtı Təl-Əvivdəki Qabim teatrında “Eurovision - 2019” beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılış mərasimi olub.
Azvision.az xəbər verir ki, mərasimdə 41 milli nümayəndə heyəti iştirak edib. Bu gün, həmçinin Təl-Əvivin cənubunda "Eurovision Kəndi" açılıb.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsi mayın 14-ü və 16-da Təl-Əvivdəki Sərgi mərkəzində keçiriləcək. Final isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə Çingiz Mustafayev təmsil edir.

Azvision.az


Teqlər: İsrail   Eurovision  





Xəbər lenti