Tbilisidə Qarabağ münaqişəsi müzakirə olunacaq

   Tbilisidə Qarabağ münaqişəsi müzakirə olunacaq
  13 May 2019    Oxunub:1834
Mayın 13-də Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçiriləcək.
Forumda Qara dəniz və Cənubi Qafqaz bölgələrində həll olunmamış münaqişələr, təhlükəsizliyə təhdidlər, regionda və dünyada baş verən proseslər, “Şərq tərəfdaşlığı” proqramının genişləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, ABŞ və Avropa ölkələrindən dövlət və hökumət rəsmiləri, ekspertlər, diplomatlar iştirak edəcəklər.

İki gün davam edəcək tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ayrıca sessiyanın təşkili də nəzərdə tutulub. (AzərTAc)

Azvision.az



Teqlər: Tbilisi   Qarabağ   Münaqişə  





Xəbər lenti