"Sumqayıt" yenə məğlub oldu, "Xəzər Lənkəran" Bakıdan əliboş qayıdır

"Sumqayıt" yenə məğlub oldu, "Xəzər Lənkəran" Bakıdan əliboş qayıdır
  22 Noyabr 2013    Oxunub:1189
Azərbaycan Premyer Liqasının XIV turunun oyunlarına start verilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün 3 oyun keçirilib. Zaqatalanın "Simurq" klubunu qəbul edən "Sumqayıt" minimal hesabla məğlub olub - 0:1.

"Qəbələ" - AZAL oyununda da bir qol qeydə alınıb. Burada meydan sahibləri qələbə sevinci yaşayıblar - 1:0.

Günün ən maraq doğuran qarşılaşması paytaxtda baş tutub. "Bakı" "Xəzər Lənkəran"ı sınağa çəkib. Matçın ilk hissəsində qol qeydə alınmasa da, ikinci hissədə cənub təmsilçiləri qapılarında 3 top görüblər - Cavid Hüseynov, 66, Risto Rostoviç, 70, Kalonas, 83 - 3:0.

Qeyd edək ki, XIV tura şənbə və bazar günləri keçiriləcək iki oyunla yekun vurulacaq.


Teqlər:





Xəbər lenti