Heydər Əliyev Mərkəzinin parkında konsert olub

Heydər Əliyev Mərkəzinin parkında konsert olub
  11 May 2019    Oxunub:3392
Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunub.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, “Rast” qrupu, Xalq artistləri Manana Caparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış ifaçılar Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və Mir Camal çıxış ediblər.

Konsertdə, həmçinin Rusiyanın “S-BROTHER-S” DJ layihəsinin çıxışı tamaşaçılara maraqlı, çılğın anlar bəxş edib.

Azvision.az





Teqlər: Heydər-Əliyev-Mərkəzi  





Xəbər lenti