Popkorn satan gənc özünə yeni iş tapdı

Popkorn satan gənc özünə yeni iş tapdı
  10 May 2019    Oxunub:5176
“Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satan İsrafil Seyfullayevlə əlaqə saxlanılıb və ona təhsillə bağlı imkanlar təqdim edilib".

Bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, 17 yaşlı İsrafil hazırda işlədiyini deyib.
“O, bizim təhsillə bağlı təkliflərimizi dəyərləndirəcəyini və yaxın zamanlara bizə məlumat verəcəyini bildirib”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov Azneft meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan gənclə bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat onun keçiddən uzaqlaşdırılması barədə məlumat yaymışdı.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs Seyfullayev İsrafil Vüqar oğludur. 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Popkorn  





Xəbər lenti