Şəmkirdəki qəza ilə bağlı rəsmi məlumat

Şəmkirdəki qəza ilə bağlı rəsmi məlumat
  09 May 2019    Oxunub:1979
Mayın 8-də saat 15 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində kənd sakini Vidadi Gülməmmədovun idarə etdiyi “VAZ-2107” markalı və Talış kənd sakini Fuad Həşimovun idarə etdiyi “QAZel” markalı mikroavtobus toqquşub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə V.Gülməmmədov və sərnişinlərindən anası Sücaət, azyaşlı nəvəsi Ayxan hadisə yerində ölüb, digər 4 sərnişini, habelə F.Həşimov və 9 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Onlardan 4 nəfərin vəziyyəti orta-ağır, 10 nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti