İş adamı silahlı hücuma məruz qaldı

  08 May 2019    Oxunub : 1242
İş adamı silahlı hücuma məruz qaldı
Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bağçılar bölgəsində qeydə alınıb. Belə ki, əlində bir milyon lirə ilə banka gedən Bülənt adlı iş adamı naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlum olub ki, pullarını banka qoymaq istəyən iş adamı avtomobildən düşərkən 3 nəfər onu izləməyə başlayıb. Həmin şəxslər ona yaxınlaşaraq qarət etməyə çalışıblar. Tərəflər arasında dava sonda silahlı münaqişəyə çevrilib. Hadisə nəticəsində iş adamı yaralanıb.

Azvision.az

Teqlər: İstanbul   İnsident