Səyyar qeydiyyat xidmətləri Şirvanda

Səyyar qeydiyyat xidmətləri Şirvanda
  08 May 2019    Oxunub:1848
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə kənd və qəsəbələrdə sosial kampaniyaların keçirilməsi ilə daşınmaz əmlakın qeydiyyatı xidmətləri vətəndaşlara daha rahat formada göstərilir.
Komitədən Azvision.az -a verilən məlumata görə, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 8-10 may tarixlərində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində keçiriləcək. Çevik müraciət və əlçatan xidmətlərdən yararlanmaq istəyən sakinlər saat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşa bilər.

Mobil ofisdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlakların qeydiyyatı üçün sənədlərin toplanması, texniki pasportların verilməsi kimi xidmətlər göstərilir. Kampaniya çərçivəsində əhalinin qeydiyyat ilə bağlı maarifləndirilməsi də həyata keçirilir.

Belə ki, sakinlərə xidmət prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumat verilir, hüquqi yardım göstərilir. Eyni zamanda, vətəndaşlar elektron çıxarışa tam keçid barədə maarifləndirilir, elektron çıxarışların üstünlükləri, istifadə qaydaları izah olunur.

Azvision.az


Teqlər: ƏMDK  





Xəbər lenti