500 minə yaxın vətəndaşa kredit kompensasiyası ödənilib

   500 minə yaxın vətəndaşa kredit kompensasiyası ödənilib
  08 May 2019    Oxunub:1954
Dollar kreditləri üzrə kompensasiya düşən vətəndaşların 72%-i pulunu alıb.

Azvision.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AzTV-nin "Günün nəbzi" verilişində bildirib.
Onun sözlərinə görə, indiyədək 432 677 nəfərə kompensasiya ödənilib. Ümumilikdə isə fərmana əsasən 602347 nəfərə kompensasiya verilməlidir.

O. İsmayılov, həmçinin qeyd edib ki, problemli kreditlərin həlli ilə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib.

Azvision.az



Teqlər: Kredit   Dollar  





Xəbər lenti