Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq

Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq
  07 May 2019    Oxunub:2140
Bu ilin sentyabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq.
Azvision.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Baqdad Amreyevlə görüşüb.

Görüş zamanı qurumun cari işləri müzakirə olunub, eləcə də əməkdaşlıq çərçivəsində münasibətlərin genişləndirilməsi ilə bağlı danışıqlar aparılıb.

Görüşdə həmçinin ixracın stimullaşdırılması üçün həyata keçirilmiş mexanizmlər çərçivəsində Azərbaycanın ticarət evlərinin yaradılmasının əhəmiyyəti müzakirə olunub.

Qeyd edilib ki, görülən işlər nəticəsində bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və yüksək nəticələr göstərir.

Azvision.az



Teqlər: Nur-Sultan  





Xəbər lenti