Əlillərin təhsil haqlarını sentyabrdan dövlət ödəyəcək

Əlillərin təhsil haqlarını sentyabrdan dövlət ödəyəcək
  07 May 2019    Oxunub:3280
I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilindən qüvvəyə minəcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, sentyabr ayından başlayaraq bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar.

C.Bayramov qeyd edib ki, hazırda ali məktəblərdə həmin kateqoriyaya aid tələbələrin təxminən 2500 nəfərə yaxındır.

Aytən Zəhra
Azvision.az


Teqlər: TN   Ceyhun-Bayramov  





Xəbər lenti