Evdən qızıl oğurlayan dəstə tutulub

Evdən qızıl oğurlayan dəstə tutulub
  07 May 2019    Oxunub:1710
Pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıb.
DİN Mətbuat Xİdmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, mayın 4-də Bərdə rayon sakini Tural Çingizov RPŞ-yə ərizə ilə müraciət edərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məıumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov saxlanılıb.

Araşdırmalarla onların 1730 manat dəyərində pul, 1 cüt qızıl sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti