Çoban işlədiyi fermadan qoyun oğurladı

Çoban işlədiyi fermadan qoyun oğurladı
  07 May 2019    Oxunub:1622
Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti