Rəsmi Ankaradan Ermənistana xəbərdarlıq

 Rəsmi Ankaradan Ermənistana xəbərdarlıq
  07 May 2019    Oxunub:2870
Rəsmi Ankara türk diplomatların qətlində ittiham olunan erməni terrorçu Gurgen Yanikianın cənazəsinin ABŞ-dan İrəvana gətirilərək orada təntənəli şəkildə dəfn olunmasına sərt reaksiya verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, XİN 1973-cü ildə Türkiyənin Los-Ancelesdəki baş konsul və konsulunu öldürən terrorçunun İrəvanda hərbi məzarlıqda təntənəli dəfnini şiddətlə qınayır.

“Azğın bir terrorçunu qəhrəman olaraq ucaltmağa yönələn bu addım terrorizmi təbliğ etmək cinayəti daşıyır və əsla qəbul edilə bilməz”.

Azvision.az



Teqlər: XİN   Türkiyə   Ermənistan  





Xəbər lenti