İstanbulda təkrar seçkilər keçiriləcək - Nəticələr ləğv edildi

  06 May 2019    Oxunub : 4375
 İstanbulda təkrar seçkilər keçiriləcək - Nəticələr ləğv edildi
İstanbulda martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ləğv olunub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) bu gün keçirdiyi iclasda yekun qərar qəbul edib.

Fövqəladə iclasda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) etirazı qəbul edilib. Bildirilib ki, İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs toplayıb.

Azvision.az

Teqlər: Türkiyə   Seçki