İki piyada yol qəzasında ölüb

İki piyada yol qəzasında ölüb
  06 May 2019    Oxunub:1930
Mayın 5-də saat 20 radələrində Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində Bakı şəhər sakini Ş.Cəbrayılov idarə etdiyi “Ford-Transit” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Yusif Muradovu vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mayın 5-də saat 16 radələrində Qusar rayonunun Quxur-oba kəndi ərazisində kənd sakini G.Fətullayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmkəndlisi Cariad Ataxanovanı vurub. Nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti