Bakıda əcnəbi vətəndaş qarət olunub

Bakıda əcnəbi vətəndaş qarət olunub
  06 May 2019    Oxunub:1616
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Rafiq Cəlilov polis əməkdaşkları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti