Azərbaycanda ən çox kredit verilən bölgələr

  Azərbaycanda ən çox kredit verilən bölgələr
  05 May 2019    Oxunub:1805
Aprelin 1-nə Azərbaycanda kredit qoyuluşu 13 milyon 58 min manat təşkil edib.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə ən böyük məbləğdə kredit qoyuluşu Bakı şəhəri üzrə (10 milyon 675 min manat), ən az kredit qoyuluşu isə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə (51 min 641 manat) qeydə alınıb.

Belə ki, Abşeron iqtisadi rayonu üzrə 499 min 822 manat, Aran iqtisadi rayonunda 606 min 684 manat, Dağlıq Şirvan iqtisadi rayonunda 64 min 562 manat, Gəncə-Qazax iqtisadi rayonunda 498 min 604 manat, Quba-Xaçmaz iqtisadi rayonunda 176 min 775 manat, Lənkəran iqtisadi rayonunda 217 min 293 manat, Şəki-Zaqatala iqtisadi rayonunda 165 min 666 manat, Naxçıvan iqtisadi rayonu üzrə 101 min 198 manat kredit qoyuluşu həyata keçirilib.

Azvision.az



Teqlər: Kredit  





Xəbər lenti