Müəllim və valideynlərin müraciətlərinə baxılıb

Müəllim və valideynlərin müraciətlərinə baxılıb
  04 May 2019    Oxunub:2181
Paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az -a verilən məlumata görə, qurumun müdiri Rəşad Tağıyev paytaxtdakı 149 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

BŞTİ-nin müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Azvision.az



Teqlər: BŞTİ   Müəllim   Məktəb  





Xəbər lenti