ABŞ-da sərnişin təyyarəsi çaya düşüb

ABŞ-da sərnişin təyyarəsi çaya düşüb
  04 May 2019    Oxunub:2029
ABŞ-ın Florida ştatında "Boeing 737" tipli sərnişin təyyarəsi çaya düşüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ştatın Ceksonvil şəhərində baş verib.

Şəhər meri Lenni Karri bildirib ki, qəza nəticəsində sərnişinlər arasında ölən olmayıb: "Kommersiya təyyarəsi çaya düşüb. Məni yanğından mühafizə xidmətindən məlumatlandırıblar, artıq onlar hadisə yerindədilər".

Ümumilikdə təyyarədə 136 nəfər olub. Onlardan ikisi yüngül xəsarət alıb.

Azvision.az



Teqlər: ABŞ   Təyyarə  





Xəbər lenti