Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət kafe (hazırda fəaliyyət göstərmir) və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.