Təhsil naziri ən gənc olimpiada qalibi ilə görüşüb

   Təhsil naziri ən gənc olimpiada qalibi ilə görüşüb
  02 May 2019    Oxunub:3159
Təhsil naziri Ceyhun Bayramov 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olan, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir 13 yaşlı qalibi qazandığı uğur münasibəti ilə təbrik edib.

Ceyhun Bayramov qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Bu münasibətlə olimpiada qalibini bir daha təbrik edən Təhsil naziri onun dərsləri, eləcə də olimpiada hazırlığı ilə maraqlanıb.

Fidan Qarayeva Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb. O qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etməyə çalışacaq.

Görüşdə olimpiada qalibinə hədiyyələr təqdim edilib, həmçinin xatirə fotosu çəkilib.




Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti