6300-ə yaxın mənzilə qaz verilib

6300-ə yaxın mənzilə qaz verilib
  02 May 2019    Oxunub:1912
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə 6 262 mənzilə təbii qaz verib.
"Azəriqaz"dan Azvision.az -a verilən məlumata görə, “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti