NATO gəmiləri Baltik dənizinə girdi - VİDEO

 NATO gəmiləri Baltik dənizinə girdi -  VİDEO
  02 May 2019    Oxunub:2666
NATO gəmiləri “Tetis” rəhbərliyi altında Baltik dənizinə daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə "Intel Ska & Air" monitorinq qrupu məlumat yayıb.

Bildirilib ki, gəmilər çərşənbə axşamı Öresund boğazından keçib, hazırda Danimarkanın Bornholm adasındadır. Gəmilərin hərəkəti anbaan rus hərbçiləri tərəfindən müşahidə olunur.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nu gərginliyi azaltmaq üçün öz sərhədlərində hərbi fəaliyyəti dayandırmağa çağırıb.



Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: NATO   Gəmiləri  





Xəbər lenti