Nazir 7 qadının ölümünə görə istefa verdi

Nazir 7 qadının ölümünə görə istefa verdi
  02 May 2019    Oxunub:2468
Kiprin ədliyyə naziri Conas Nikolau silsilə qətllər törədən şəxsin cinayət işi ilə əlaqədar vəzifəsindən istefa verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir qatilin tapılmasında səhlənkarlığa yol verildiyinə görə, istefa vermək məcburiyyətində qalıb. O, bu addımını "vicdan və prinsip" məsələsilə əlaqələndirib.

Qeyd edək ki, 7 əcnəbi qadının ölümündə şübhəli bilinən kapitan rütbəli hərbçi uzun sürən axtarışlardan sonra ələ keçib. O, törətdiyi cinayəti etiraf edib.Öldürülən şəxslərin cəsədləri isə hələ də tapılmayıb.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Nazir   Kipr   Qətl  





Xəbər lenti