AMEA-ya yeni vitse-prezident seçildi

 AMEA-ya yeni vitse-prezident seçildi
  01 May 2019    Oxunub:4293
Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla vitse-prezident seçilib. Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə vurğulayıb ki, R.Əliquliyevin yeni təyinatı Azərbaycan elminin inlişafına töhfə verəcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti