981 müəllim müddətsiz işə qəbul olunub

981 müəllim müddətsiz işə qəbul olunub
  01 May 2019    Oxunub:2104
Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb. Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

Qeyd olunan göstəricilər ötən ilin analoji nəticələrindən iki dəfə çoxdur. Müsabiqədə uğur qazanmış namizədlərlə 2019-2020-ci il tədris ilinin başlanğıcında müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Namizədlər mayın 17-dək aidiyyəti yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidir. Apellyasiya ilə bağlı müraciətlər mayın 5-də saat 23:59-a qədər [email protected] e-poçt ünvanına göndərilə bilər.

Xatırladaq ki, müsahibələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

Azvision.az


Teqlər: Müəllim   Şagird  





Xəbər lenti