“Yaxşı olardı ki, yeni qaydalar sentyabrda qəbul edilsin” - DİM rəhbəri

“Yaxşı olardı ki, yeni qaydalar sentyabrda qəbul edilsin” -  DİM rəhbəri
  01 May 2019    Oxunub:3880
"Ali məktəblərə hazırlıq qruplarının yaradılması ilə bağlı müzakirələr davam edir. Qaydalar təsdiq edildikdən sonra Dövlət İmtahan Mərkəzi onun tətbiq mexanizmi barəsində açıqlama verəcək".
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM rəhbəri bildirib ki, builki qəbul kampaniyası hələ ki mövcud qaydalar əsasında keçirilir: "Hazırlıq qrupları ilə bağlı yeni qaydalar təsdiqləndikdən sonra DİM tərəfindən həmin qaydaların qüvvəyə mindiyi tarixindən tətbiqinə başlayacağıq. Yaxşı olardı ki, yeni qaydalar sentyabr ayından qəbul edilsin ki, həmin ilin abituriyentləri bu qadaları əvvəlcədən bilsin. O zaman biz də maarifləndirmə işini düzgün qura bilərik".

M.Abbaszadə qeyd edib ki, hazırlıq qruplarına qəbul üçün bal müəyyən ediləcək: "Abituriyentlər bu balı topladıqları zaman istəklərinə uyğun həmin hazırlıq qruplarında oxuyacaqlar. Hazırlıq qruplarında təhsil aldıqdan sonra yenidən qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunacaqlar. Ali məktəblərə hazırlıq qruplarının yaradılması təşəbbüsü ali məktəblərinin özündən də asılıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Sədr   Məleykə-Abbaszadə  





Xəbər lenti