Gədəbəy sakinindən silah götürülüb

Gədəbəy sakinindən silah götürülüb
  29 Aprel 2019    Oxunub:1673
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göyəlli kənd sakini 48 yaşlı Arif Tağıyevin yaşadığı ünvandan bir ədəd tək lüləli, üzərində uzaq məsafə görmə cihazı olan (5 atılan) silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti