15 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

   15 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmadı
  29 Aprel 2019    Oxunub:1589
“Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmayıb.
Azvision.az -ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları "Yaraq-Qazmalyar" buraxılış məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya rəyinə əsasən Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edilib və məhsulun geri qaytarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, ötən ay “Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru ölkəyə buraxmayıb.

Azvision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti