“ATƏT Qarabağ münaqişəsinə göz yummamalıdır” - Lukaşenko

 “ATƏT Qarabağ münaqişəsinə göz yummamalıdır” -  Lukaşenko
  29 Aprel 2019    Oxunub:2847
ATƏT Avropa regionunda münaqişələrə göz yummamalı, təhlükəsizlik sahəsində mövcud problemlərin müzakirəsi üçün təşkilata üzv ölkələrin dövlət başçıları görüş keçirməlidir.
Azvision.az RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belorus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşündə deyib.

Onun sözlərinə görə, nizamlanması lazım olan xeyli problemlər mövcuddur: "Dağlıq Qarabağ, Dnestryanı, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bunu artıq çoxları müharibə adlandırır. Bu məsələlərə zəif münasibət bildirdiyinə görə ATƏT-i çox vaxt tənqid edirəm, halbu ki, bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir. Təşkilat Avropa regionunda təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir. Və bu kimi problemlərə heç bir halda göz yümmaq olmaz".

Azvision.az



Teqlər: Lukaşenko   ATƏT   Qarabağ  





Xəbər lenti