"Yeni Bakı"nın komendantı 3 "makler"i güllələyib

  "Yeni Bakı"nın komendantı 3 "makler"i güllələyib
  28 Aprel 2019    Oxunub:3411
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.
Azvision.az xəbər verir ki, "Yeni Bakı" Yaşayış Kompleksindәn "Report"a verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib.

Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri deyil.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Azvision.az



Teqlər: Masazır   Atışma   Makler  





Xəbər lenti