“Uçot dərəcəsi kredit faizlərinə təsir edəcək” - AMB sədri

  26 Aprel 2019    Oxunub : 1044
 “Uçot dərəcəsi kredit faizlərinə təsir edəcək” - AMB sədri
“Yeni büdcə qaydalarına keçid bizə imkan verir ki, Mərkəzi Bankın qəbul etdiyi uçot dərəcəsinin faizi ölkədə kredit və əmanət faizlərinə təsir etsin”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. O, deyib ki, sistemə tam keçid cari ilin ikinci yarısından sonra baş tutacaq.

“Hazırda biz buna keçid prosesindəyik. Ölkədə makroiqtisadi stabillik, fiskal dominantlığın olmaması, həmçinin bütövlükdə monetar siyasətdə inflyasiyaya təsir edən xarici və daxili faktorların olmaması bu sistemə keçidi asanlaşdırır”.

AMB sədri qeyd edib ki, Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ölkədə olan bütün (həm əmanətlər üzrə, həm də kreditlər üzrə) faiz göstəricilərinə təsir edəcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: AMB