Azvision.az -ın məlumatına görə, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.
Konsertə giriş sərbəstdir.
Azvision.az