“Üzən məzənnəyə keçidlə bağlı ciddi iş gedir” - Baş bankir

  “Üzən məzənnəyə keçidlə bağlı ciddi iş gedir” -    Baş bankir
  26 Aprel 2019    Oxunub:2578
“Üzən məzənnə və çevik üzən məzənnəyə keçid istiqamətində Mərkəzi Bankda ciddi işlər gedir”

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, hazırda islahatlar və proqramlar üzərində çalışırlar.
“Bunun ən başlıca istiqaməti inflyasiyanın hədəflənməsi rejiminə keçiddir. Bununla üzən məzənnə rejiminə daha cəsarətlə keçidi reallaşdıra bilərik. Bu, bir neçə ilə bölünmüş mərhələdir. Başqa ölkələrin təcrübəsini öyərnmişik. Olduqca böyük şərtləri var. 10-a yaxın ciddi istiqamətdə islahatlar həyata keçirmək lazımdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Elman-Rüstəmov   Mərkəzi-Bank  





Xəbər lenti