Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı

  26 Aprel 2019    Oxunub : 906
Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı
Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 5-ci maddəsinə (Aqrar sığorta üzrə təminat verilən risklər) əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:

1. Təbiət hadisələri, o cümlədən təbii fəlakətlər;
2. Yanğın;
3. Qəzalar;
4. Yoluxucu xəstəliklər və zəhərlənmələr;
5. Vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
6. Üçüncü şəxslərin hərəkətləri.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qanun   Aqrar-Sığorta