Türkiyədə sıravi əsgər general ola biləcək

 Türkiyədə sıravi əsgər general ola biləcək
  26 Aprel 2019    Oxunub:3943
Türkiyənin milli müdafiə naziri Hulusi Akar yeni əsgərlik qanunu barədə mətbuata açıqlama verib.
Azvision.az xəbər verir ki, nazir əsgər kimi orduda xidmət edən hərbi qulluqçunun verilən tapşırıqları yerinə yetirdiyi halda və müxtəlif prosedurları icra etdikdən sonra hətta general ola biləcəyini deyib.

H.Akar yeni əsgərlik haqqındakı qanunla bağlı işlərin tamamlanmaq üzrə olduğunu bildirib: "Ordumuz heç kəsin qabağını kəsmir. Əksinə əsgər olan hərbi qulluqçu mütəxəssis olacaq, tapşırıqları yerinə yetirdiyi zaman çavuş, digər prosesləri keçdikdən sonra isə zabit, o cümlədən general ola biləcək. Heç bir maneə yoxdur. Əsas fərdin çalışması, özünü inkişaf etdirməsidir".

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Hulusi-Akar   Türkiyə   Ordu   General  





Xəbər lenti