“Hər 200 min puldan biri saxtadır” - Elman Rüstəmov

“Hər 200 min puldan biri saxtadır” -    Elman Rüstəmov
  26 Aprel 2019    Oxunub:3388
"Mərkəzi Bank dizaynı dəyişmədən dövriyyədə olan milli valyutaların modernizasiyası proqramını həyata keçirir. Burada başlıca məsələ pul nişanlarının müdafiə qabiliyyətinin artırılmasıdır".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

AMB-ın sədri bildirib ki, bu istiqamətdə güclü texnoloji yeniliklər var: "Bu, bizim 200 manatlıqda əksini tapıb, müasir müdafiə qabiliyyəti var. Azərbaycan bankomatlarının müdafiə səviyyəsi yüksəkdir. Saxtakarlıq göstəricisində isə 200 min pulun içərisində 1 ədəd saxta pul düşür. Avropada 30 minə, Rusiyada 130 minə 1 ədəd saxta pul düşür. Proses gedir, burada texniki problemlər çıxır. Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. 8-10 ay ərzində adaptasiya gedir".

E.Rüstəmov qeyd edib ki, may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: MAnat   Pul  





Xəbər lenti