Neft Fondu 3 ayda 1,9 milyard dollar satıb

  26 Aprel 2019    Oxunub : 920
 Neft Fondu 3 ayda 1,9 milyard dollar satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu cari ilin birinci rübündə 1,9 milyard dollar valyuta satışı həyata keçirib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da nəzərdə tutulmuş satış planından təxminən 100 milyon dollar azdır.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank bu ilin birinci rübündə 150 milyon dollardan çox vəsait əldə edib.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: AMB   Dollar