Elman Rüstəmov: “12 aylıq inflyasiya 2,5 faiz olub”

      Elman Rüstəmov:    “12 aylıq inflyasiya 2,5 faiz olub”
  26 Aprel 2019    Oxunub:3519
2019-cu ilin mart ayının nəticələrinə əsasən, 12 aylıq inflyasiya 2,5 faiz olub.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, illik inflyasiya pullu xidmətlərin qiymətinin dinamikasından təsirlənib.

"Burada 3,7 faiz səviyyəsində ilin əvvəlindən 12 ay ərzində artım olub. Buna uyğun olaraq illik inflyasiyanın artımın 50 faizi təxminən pullu xidmətlərə düşür. Ərzaq məhsullarının 2.3 faiz, qeyri-ərzaq məhsullarının 1.3 faizlik dinamikası ümumi inflyasiya göstəricisindən aşağıdır", - E.Rüstəmov qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: AMB   Elman-Rüstəmov  





Xəbər lenti