Türkiyə ordusunda yeni FETÖ şəbəkəsi - VİDEO

  26 Aprel 2019    Oxunub : 2038
Türkiyə ordusunda yeni FETÖ şəbəkəsi - VİDEO
Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olan daha 210 əsgərin saxlanılmasına qərar verilib.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalar nəticəsində Türkiyə ordusu ilə bağlı gizli məlumatları FETÖ-yə ötürən 210 nəfərlik şəbəkə ifşa olunub.
Onlardan 115-i müəyyən edilərək saxlanılıb. Digərlərini həbs edilməsi istiqamətində işlər görülür. İstanbul Baş Prokurorluğunun məlumatında qeyd olunub ki, Türkiyə Silahlı Qüvələrinə (TSK) sızmış, hələ də ifşa olunmayan FETÖ mənsubları var.



İndiyədək İstanbulda terror təşkilatı ilə birbaşa əlaqəli olduğu sübuta yetirilən 1963 şəxs barəsində həbs qərarı çıxarılıb. Onlardan 1045-i tapılaraq istintaqa cəlb olunub. 459 şəxs isə əməlini etiraf edərək, peşman olduğunu bildirib.

Barəsində həbs qərarı çıxarılanlardan 5-i polkovnik, 7-si polkovnik-leytenant, 14-ü mayor, 33-ü kapitan, 47-si baş leytenant, 2-si leytenant, 102 nəfəri isə çavuşdur.

Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər: FETÖ