Köçkünlərin əvvəlki yataqxanasında yanğın olub

  26 Aprel 2019    Oxunub : 985
Köçkünlərin əvvəlki yataqxanasında yanğın olub
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Yanğın   FHN