Dünyanın diqqəti Rusiyada: Putin Kimlə görüşdü - (VİDEO)

 Dünyanın diqqəti Rusiyada:  Putin Kimlə görüşdü - (VİDEO)
  25 Aprel 2019    Oxunub:2812
Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında təkbətək görüş keçirilib.

AzVision.az xəbər verir ki, görüş Russki adasında, Uzaq Şərq Federal Universitetinin kampusunda baş tutub. Görüşün mətbuata açıq hissəsində Putin bildirib ki, Şimali Koreya liderinin Rusiya səfəri ikitərəfli əlaqələri gücləndirəcək.
"Bu səfər bizə Koreya yarımadasındakı narahatlığı başa düşmək üçün kömək olacaq. Kimin Şimali Koreya-ABŞ münasibətlərini normallaşdırma cəhdlərindən məmnunluq duyuram. Şimali Koreyanın iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük imkanları var".

Koreya lideri isə görüşün keçiriləcəyi Vladivostoka qədər gəldiyi üçün Putinə təşəkkür edib.

Qeyd edək ki, Rusiya - Şimali Koreya danışıqlarının dörd saat davam etməsi gözlənilir. İki liderin təkbətək görüşü üçün bir saat vaxt ayrılıb. Bundan başqa, Kim Çen In nümayəndə heyətlərinin görüşündən sonra Rusiya mətbəxinin təamları ilə tanış olacaq.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Rusiya   Koreya   Putin   Kim  





Xəbər lenti