Türkiyə XİN: “Trampı ədalətli olmağa dəvət edirik”
Türkiyə XİN Trampı ədalətli olmağa çağırıb: "Həmin dövrdə erməni silahlı üsyançıları tərəfindən qətlə yetirilən 500 mindən çox müsəlmanın acısını bir daha xatırlayır və prezident Trampı ədalətli olmağa dəvət edirik".
Bəyanatda, həmçinin qeyd olunub ki, Türkiyə 104 il əvvəl baş verən hadisələrin araşdırılması üçün Birgə Tarixi Komissiyanın yaradılması təklifini qüvvədə saxlayır.
Azvision.az