Oğurluq edən Bakı sakinləri tutuldu

Oğurluq edən Bakı sakinləri tutuldu
  24 Aprel 2019    Oxunub:1816
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki sexlərin birindən içərisində 400 manat pul, şəxsiyyət vəsiqəsi və 400 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Rufullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 550 manat pul, noutbuk, mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Aslanov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti